"Bavariya"nın yarımmüdafiəçisi karyerasını "Arsenal"da davam etdirə bilər
Operativ Media
"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretzka "Arsenal"a transfer ola bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 31 yaşlı alman futbolçu üçün mübarizəyə qoşulan sonuncu komanda "Bayer Leverkuzen"dir. Lakin Leverkuzen təmsilçisi illik 10 milyon avrodan çox olan maaşını ödəməkdə çətinlik çəkə bilər.
"Atletiko Madrid" və "Milan"la da adı hallanan Qoretzka "Bavariya" ilə müqaviləsi 30 iyun 2026-cı ildə başa çatdıqda azad agent olacaq.
Yarımmüdafiəçi 2018-ci ilin iyul ayından bəri Almaniya komandasında oynayır. 2025/26 mövsümündə 30 oyunda iki qol vurub.
"Transfermarkt" oyunçunun transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.