“İmişli” PFK heyətinə yeni oyunçu cəlb edib. Azərbaycanlı futbolçu Orxan Fərəcov ilə kontrakt imzalanıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə “Şamaxı-2”, “Keşlə”, “Səbail”, Polşanın “KS CK Troszyn” və “Narew Ostrołęka” klublarında çıxış edib.
Son mövsümlərdə isə “Baku Sporting” və “Şahdağ” FK-nın formasını geyinib.