Azərbaycanlı cüdo hakimlərinə yeni qaydalar üzrə seminar keçirilib
Operativ Media
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti nəzəri seminar keçirilib.
Operativ Media xəbər verir ki, seminar ACF prezidentinin müşaviri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə bu il yenilənmiş Beynəlxalq Cüdo Federasiyasının “İdman və təşkilatçılıq qaydaları” (SOR) kitabı üzrə müddəalar təkrar edilib, qaydalar ətrafında geniş müzakirələr aparılıb.