Azərbaycanın U-19 millisi Moldova millisi ilə yoxlama oyunları keçirəcək
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.
Operativ Media xəbər verir ki, U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək. Hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.
Milliyə dəvət alan futbolçuların adlarını nəzərinizə çatdırırıq:
1 Məhdi Həsənov Neftçi
2 Rauf Əyyubov Sabah
3 Həzrət Səmədov Sabah
4 Murad Qurbanov Zirə
5 Məhəmmədəli Məmmədov Turan Tovuz
6 Tuncay Əhmədov Sabah
7 Tunar Muradov Turan Tovuz
8 Fərid Abdinov Stroqino (Rusiya)
9 Nadir Nəsibli MOİK
10 İlkin Həzizadə Sumqayıt
11 Əli Qazibəyov Qarabağ
12 Abdulaziz Cabbarlı Qarabağ
13 İbrahim Babayev Barselona
14 Nurlan Zeynallı Sumqayıt
15 Vüsal Kərimov Neftçi
16 Əhliman Süleymanzadə Zirə
17 Sabutay Hacı Alboraya (İspaniya)
18 İslam Həsənov Qrafiçar (Serbiya)
19 Əli İbrahim Qarabağ
20 Nicat Nərimanov Brommapoykarna (İsveç)
21 Əhməd Vəliyev Qarabağ