"Mançester Yunayted" Sançoya yeni müqavilə təklif etməyəcək
"Mançester Yunayted" hücumçusu Ceydon Sançonu "Aston Villa"dan icarədən qayıdandan sonra pulsuz transferə göndərməyə hazırdır.
Operativ Media xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "Mançester Yunayted" rəhbərliyi 25 yaşlı ingilisə yeni müqavilə təklif etməmək qərarına gəlib.
Klub uzunmüddətli planlarına daxil olmayan bir oyunçuya bu qədər yüksək maaş ödəməyə davam edə bilməz. Sanço 2021-ci ildə "Borussiya Dortmund"dan 85 milyon avroya "Qırmızı şeytanlar"a qoşulduqda həftəlik təxminən 343.000 avro dəyərində beş illik müqavilə imzaladı. O vaxtdan bəri o, "Borussiya", "Çelsi" və indi də "Aston Villa"da icarədə olub.
2025/26 mövsümündə futbolçu 25 matçda bir qol vurub və iki məhsuldar ötürmə edib.
"Transfermarkt" oyunçunun transfer dəyərini 20 milyon avro olaraq qiymətləndirir.