Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçiriləcək
Operativ Media
Şahmat üzrə Azərbaycan çempionatı davam edir.
Operativ Media-nın məlumatına görə, ilk final görüşləri bu gün keçiriləcək. Kişilərin yarışında turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə, qadınların yarışında isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə qarşılaşacaq.
Bundan əlavə, üçüncü yer uğrunda görüşlər də baş tutacaq. Kişilərin çempionatında Aydın Süleymanlı Read Səmədovla, qadınların yarışında isə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə üz-üzə gələcək.
Xatırladaq ki, çempionatın ümumi mükafat fondu 92 000 manat təşkil edir.