Menyu

"Mançester Yunayted" Reşfordu göndərdiyi üçün peşmandır

Operativ Media
"Mançester Yunayted" Reşfordu göndərdiyi üçün peşmandır

"Mançester Yunayted" hücumçusu Markus Reşfordun "Barselona" ilə icarə müqaviləsinə 30 milyon avroluq satış bəndini daxil etmək qərarına görə təəssüflənib.

Operativ Media xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Mançester Yunayted" 28 yaşlı ingilisin hazırkı forması nəzərə alınmaqla, transfer haqqının təxminən 60 milyon avro olacağına inanır.

Reşford 2025-ci ilin iyul ayından bəri "Barselona"da oynayır və onun icarə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. İspaniya klubu oyunçunu transfer etmək hüququna malikdir.

2025/26 mövsümündə hücumçu 34 matçda 10 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun "Mançester Yunayted"lə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

"Transfermarkt" oyunçunun transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər