Menyu

“Nyukasl Yunayted” – “Qarabağ” matçı öncəsi Bakıda mətbuat konfransı və açıq məşq keçiriləcək

Operativ Media
“Nyukasl Yunayted” – “Qarabağ” matçı öncəsi Bakıda mətbuat konfransı və açıq məşq keçiriləcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl Yunayted"- "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq. 

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"ın media nümayəndələri üçün açıq məşqi fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq 

Mətbuat konfransı və açıq məşqə qatılmaq istəyən jurnalistlərin və fotoqrafların PFL (Peşəkar Futbol Liqası) tərəfindən 2025/26 mövsümü üçün verilmiş vəsiqəsi ilə iştirak etmələri mütləq şərtdir.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Nyukasl Yunayted” - “Qarabağ” oyunu fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, Mərkəzi Avropa Vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 23:59-da) start götürəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər