"Qalatasaray"ın futbolçusu Avropa klublarının diqqət mərkəzinə düşüb
"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının diqqət mərkəzindədir. UEFA Çempionlar Liqasında Juventusa qarşı keçirilən oyunda futbolçunu izləmək üçün stadiona gələn skautlar fərqli bir oyunçunu bəyəniblər.
Operativ Media “Sabah” nəşrinə istinadən xəbər verir ki, Osimheni yaxından izləyən avropalı skautlar komandanın braziliyalı yarımmüdafiəçisi Gabriel Saraya heyran qalıblar. “Yuventus”la 5:2 hesabı ilə başa çatan görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu matçın ən yaxşısı seçilib.
Son 5 rəsmi qarşılaşmada 5 qolluq töhfə verən Qabriel Sara son dövrlərdəki yüksələn performansı ilə diqqət çəkir. Bildirilir ki, onun əlavə məşqləri artıq öz bəhrəsini verməyə başlayıb.
İngiltərə Premyer Liqasından təkliflər alan yarımmüdafiəçi ilə bağlı “Qalatasaray”ın planı da hazırdır. İstanbul təmsilçisi braziliyalı futbolçu üçün 30 milyon avrodan yuxarı transfer haqqı tələb edir ki, bu da klub üçün rekord satış anlamına gələ bilər.