Azərbaycanın daha bir paraüzgüçüsü Belarusda medal qazandı
Operativ Media
Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokunda daha bir paralimpiyaçımız mükafatçılar sırasına düşüb.
Operativ Media xəbər verir ki, Əli Vəliyev S10 kateqoriyasında 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 1:03.10 nəticə ilə gümüş, 200 metr məsafəyə qarışıq üzmə üsulunda 2:34.77 nəticə ilə daha bir gümüş, 400 metr məsafəyə sərbəst üzmə üsulunda isə 4:52.14 nəticə ilə bürünc medal qazanıb.