Menyu

Rəşad Sadıqov: Oyuna çox pis başladıq

Operativ Media
Rəşad Sadıqov: Oyuna çox pis başladıq

Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə Turan Tovuza 0:2 hesabı ilə məğlub olan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, mütəxəssis oyuna uğursuz başladıqlarını bildirib:

“Oyuna çox pis başladıq və qapımızda iki qol gördük. Həmin dəqiqələrdə komandada çaşqınlıq var idi. Birinci hissəni çox pis keçirdik. İkinci yarıda isə tam əksi oldu. Rəqibin kompakt müdafiəisini yara bilmədik. Fasilədən sonra futbolçular çalışdılar. Amma matçın əvvəlində buraxılan səhvləri sonradan düzəltək alınmadı".

Birinci hissədə etdiyi dəyişikliklə bağlı sualı cavablandıran baş məşqçi belə deyib:

“Oyunun əvvəlində İsmayıl İbrahimlidə müəyyən narahatlıq var idi. Onu meydana buraxıb-buraxmamaq barədə fikiləşirdik. Hiss olunurdu ki, oyununa təsir etdi. Hesabda geriyə düşdük və dəyişikliyə getdik".

Əvəzedici komandanın üzvlərinə şans verilməsi məsələsinə münasibət bildirən Sadıqov əlavə edib:

“Mütəmadi olaraq uşaqları dəvət edirik. Əvəzedicilər Liqasını izləyə bilmirəm. Amma oradan komandaya oyunçular dəvət edirik. Kimi hazır görsək, oyuna buraxacağıq".

Oyunboyu rəqib azarkeşlərin ünvanına səsləndirdiyi şüarlara münasibət bildirən çalışdırıcı bunun səbəbini anlamadığını vurğulayıb:

“Açığı, mən də oyunboyu bilmədim, başa düşmədim onu. “Turan Tovuz” mənə doğma komandadır. Fikir bildirməyəcəm. Çünki səbəbini bilmədim".

Əlaqəli Xəbərlər