Menyu

"Turan Tovuz"un baş məşqçisi: “Turnir cədvəlinə fikir vermirik”

Operativ Media
"Turan Tovuz"un baş məşqçisi: “Turnir cədvəlinə fikir vermirik”

Azərbaycan Premyer Liqasının 21-ci turunda “Azersun Arena”da Zirə FKni 2:0 hesabı ilə məğlub edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis oyunu belə dəyərləndirib:

“Birinci hissədə oyunumuz pis alınmadı. Əvəzetmələrdən sonra təşəbbüsü bir qədər əldən verdik. Şükürlər olsun ki, qələbə qazandıq".

Avrokuboklar uğrunda mübarizədə əsas rəqiblərdən birinə qalib gəlmələri və mövsümün qalan hissəsindəki şansları ilə bağlı suala isə Berdiyev belə cavab verib:

“Biz turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna növbəti matçı düşünürük. Buna köklənirik".

Əlaqəli Xəbərlər