UEFA "Qarabağ"ı cərimələdi
Operativ Media
UEFA “Qarabağ”ı cəzalandırıb.
Operativ Media xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüarlara görə qəbul olunub.
Qərara əsasən, Ağdam klubu “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.
Qeyd edək ki, həmin oyunda “Qarabağ” azarkeşləri “UEFA – mafiya” şüarları səsləndiriblər.
Bundan başqa, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net