Azərbaycan PL: "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı məğlub etdi
Operativ Media
Azərbaycan Premyer Liqasında 21-ci turun daha bir oyunu keçirilib.
Operativ Media xəbər verir ki, günün yeganə matçında "Karvan-Yevlax" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.
Görüş Andrey Demçenkonun komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qırmızılar"ın heyətində Felipe Santos dubl edib.
"Araz-Naxçıvan" turnir cədvəlində 33 xalla 5-ci, "Karvan-Yevlax" isə 6 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Zirə"ni üstələyib (2:0), "Sumqayıt" - "Qəbələ" matçı isə heç-heçə başa çatıb (0:0). Tura sabah baş tutacaq 2 oyunla yekun vurulacaq.