"Real Madrid" 50 milyon avroluq transferi başa vurmağa yaxındır
"Real Madrid" "Borussiya Dortmund"un mərkəz müdafiəçisi Niko Şlotterbeki transfer etməyə yaxındır.
Operativ Media xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
"Real Madrid" son həftələrdə 26 yaşlı müdafiəçini izləyir. Klub Şlotterbekin "Borussiya Dortmund"a verdiyi töhfəni və Almaniya millisinin əsas oyunçusu kimi statusunu yüksək qiymətləndirir. Müdafiəçinin Madridə keçidinə müsbət təsir göstərə biləcək əsas amillərdən birinin iki klub rəhbərliyi arasındakı isti münasibətlər olduğu deyilir.
"Borussiya Dortmund" Şlotterbeki təxminən 50 milyon avro dəyərində qiymətləndirir. Alman müdafiəçi bu mövsüm "Dortmund"da 26 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirib.