Menyu

"Çelsi" yeni titul sponsoru ilə müqavilə imzalayıb

Xəbərlər redaksiyası
"Çelsi" yeni titul sponsoru ilə müqavilə imzalayıb
1 dəq oxu

"Çelsi" süni intellekt texnologiyası şirkəti "IFS" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə klub özü məlumat yayıb.

Tərəflər arasında müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq, lakin təşkilat yalnız 2025-2026 mövsümünün sonuna qədər London klubunun titul sponsoru kimi çıxış edəcək .

Sənaye süni intellekt üçün proqram təminatı təchiz edən şirkətin loqotipi aristokratların kişi və qadın komandalarının formalarında görünəcək. Yeni sponsorun adı ilə formalarda debüt matçları İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində baş tutacaq.

Əlaqəli Xəbərlər