"Real Madrid" 15 ildən sonra ilk dəfə "Osasuna"ya məğlub oldu
İspaniya çempionatının 25-ci turunda "Osasuna" "Real Madrid"i 2-1 hesabı ilə məğlub etdi.
Operativ Media xəbər verir ki, oyun Pamplona şəhərində baş tutub.
Qalib komandanın qollarını Ante Budimir (38-ci dəqiqə, penalti) və Raul de Haro (90) vurub. Məğlub komandanın qollarını isə Vinícius (73) vurub.
"Real Madrid" 15 ildən sonra ilk dəfə "Osasuna"ya məğlub oldu. Bu, həmçinin Madrid klubunun 12 yanvarda baş məşqçi vəzifəsini icra edən Alvaro Arbeloanın rəhbərliyi altında İspaniya liqasında ilk məğlubiyyəti idi. "Osasuna" ilə oyundan əvvəl "Real Madrid" ardıcıl səkkiz liqa oyununda qalib gəlmişdi.
25 turdan sonra "Real Madrid" 60 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. İkinci yerdə qərarlaşan "Barselona" isə ehtiyat oyunla "Kral Klubu"ndan iki xal geridədir. "Osasuna" 33 xalla doqquzuncu yerdədir. Növbəti turda "Real Madrid" 2 martda "Xetafe"ni qəbul edəcək, "Osasuna" isə bir gün əvvəl səfərdə "Valensiya" ilə qarşılaşacaq.