Rusiya klubu Ramil Şeydayevi transfer etmək istəyir
Operativ Media
"Qarabağ" futbol klubunun hücumçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Operativ Media-nın məlumatına görə, Yekaterinburqun "Ural" klubu millinin hücumçusu ilə maraqlanır. Klub futbolçunu əvvəlcə icarəyə götürmək, yayda isə onun transfer hüquqlarını birdəfəlik əldə etmək niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Xatırladaq ki, 29 yaşlı hücumçu "Qarabağ"la cari mövsümün sonunadək müqavilə imzalayıb. Şeydayev daha əvvəl Rusiyada "Zenit", "Krılya Sovetov" və "Dinamo" (Moskva) komandalarının formasını geyinib.