Menyu

Premyer Liqada rekord: “Liverpul”un oyunlarında son dəqiqə qolları tarixi həddə çatdı

Operativ Media
Premyer Liqada rekord: “Liverpul”un oyunlarında son dəqiqə qolları tarixi həddə çatdı

İngiltərə Premyer Liqasının 27-ci turunda “Liverpul” səfərdə “Nottingem Forest” üzərində minimal hesablı qələbə qazanıb. Görüşün yeganə qolunu yarımmüdafiəçi Aleksis Makallister 90+7-ci dəqiqədə vurub.

Operativ Media “Opta”ya istinadən xəbər verir ki,  2025/26 mövsümündə “Liverpul”un iştirak etdiyi oyunlarda 90-cı dəqiqə və ya daha sonra ümumilikdə yeddi qələbə qolu qeydə alınıb. Bunlardan üçü Mersisayd təmsilçilərinin, dördü isə rəqib komandaların futbolçuları tərəfindən vurulub. Bu göstərici çempionatın tarixində bir komandanın bir mövsümdə 90-cı dəqiqədən sonra vurduğu ən yüksək qol sayıdır.

“Liverpul” 27 turdan sonra 45 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər