Menyu

Meksikalı hücumçu Premyer Liqa tarixində penalti rekordunu yenilədi

Operativ Media
Meksikalı hücumçu Premyer Liqa tarixində penalti rekordunu yenilədi

"Fulhem"in hücumçusu Raul Ximenes İngiltərə Premyer Liqasının 27-ci turunda "Sanderlend"ə qarşı səfər matçında (3:1) iki qol vurub. Onun qollarından biri penaltidən olub.

Operativ Media "Opta"ya istinadən xəbər verir ki, 34 yaşlı meksikalı Premyer Liqa tarixində penaltilərin dəqiqliyinə görə ən yüksək göstəriciyə malik futbolçudur – 13 cəhddən 13-ü dəqiq olub. O, penaltiləri 12 fərqli qapıçıya qarşı qola çevirib. Fevralın əvvəlində Ximenes 11 cəhddə 11 dəqiq penalti ilə müəyyənləşən Yaya Turenin rekordunu geridə qoyub.

Ximenes 2025/26 mövsümündə 32 matçda doqquz qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər