Braziliya klubu baş məşqçisi ilə yollarını ayırdı
Fernando Diniz fevralın 22-də "Vasco da Gama" klubunun baş məşqçisi vəzifəsindən istefa verib.
Operativ Media xəbər verir ki, qərar Karioka yarımfinalının (Rio-de-Janeyro ştat çempionatı) ilk oyununda "Fluminense" komandasına 0:1 hesablı məğlubiyyətdən dərhal sonra qəbul olunub.
2026-cı il mövsümündə 51 yaşlı braziliyalı mütəxəssisin rəhbərliyi altında komanda dörd qələbə qazanıb, üç heç-heçə edib və dörd dəfə məğlub olub.
Diniz 9 may 2025-ci ildə yenidən "Vasko"nun sükanı arxasına keçmişdi. Onun rəhbərliyi ilə komanda Braziliya Kubokunun finalına yüksəlib və həlledici görüşdə Corinthians kollektivinə uduzub. Vasko da Qama Braziliya çempionatında 30 oyun keçirib (10 qələbə, 6 heç-heçə, 14 məğlubiyyət). Komanda son səkkiz qarşılaşmanın yeddisində məğlub olub və 45 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Diniz daha əvvəl – 2021-ci ildə də "Vasco da Gama"da çalışıb.