“Yuventus” "Fiorentina"nın qapıçısı De Xea ilə danışıq aparır.
Operativ Media xəbər verir ki, Turin klubu qapıçı mövqeyində dəyişiklik planlaşdırılır
“Yuventus” qapıçı mövqeyini David de Xea ilə gücləndirmək üçün onun agentləri ilə danışıqlar aparır. Klub hazırkı qapıçı Michele Di Gregoriodan məmnun deyil.
Əvvəlcə "Atalanta"nın qapıçısı Karneseççi və "Tottenhem"in qapıçısı Vicario kimi oyunçularla maraqlansalar da, onların transferi çətin görünür. Buna görə də David de Xea ən əlverişli variant kimi qiymətləndirilir