Nəriman Axundzadənin ABŞ klubundakı forma nömrəsi bəlli oldu
Operativ Media
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubunda forma nömrəsi bəlli olub.
Operativ Media xəbər verir ki, hücumçu yeni komandasında 90 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nəriman Axundzadə bu yaxınlarda “Qarabağ”dan MLS təmsilçisinə transfer olunub. O, ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. Futbolçu “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb.