Menyu

“Neftçi” PFK-dan qərar: “Cənub” tribunası Anatoli Banişevskinin adını daşıyacaq

Operativ Media
“Neftçi” PFK-dan qərar: “Cənub” tribunası Anatoli Banişevskinin adını daşıyacaq

“Neftçi” PFK stadionunun tribunalarından birinə əfsanəvi futbolçu Anatoli Banişevskinin adını verib.

Klubdan "Operativ Media"ya verilən məlumata görə, bu gündən etibarən arenanın ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsinin adını daşıyacaq. Qərar Banişevskinin anadan olmasının 80 illiyi ilə əlaqədar qəbul olunub.

Bununla “Neftçi” PFK əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi istiqamətində növbəti addımını atmış olub.

Bildirilib ki, Palms Sports Arenada yerləşən “Anatoli Banişevski” tribunası bundan sonra komandanın bütün ev oyunlarında azarkeşlərin üzünə açıq olacaq və ölkənin ən böyük azarkeş ordusunu qəbul edəcək.

Əlaqəli Xəbərlər