Azərbaycan taekvondoçuları Özbəkistanda təlim-məşq toplanışı keçirlər
Operativ Media
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Özbəkistanda təlim-məşq toplanışlarını bu ölkənin millisi ilə birgə davam etdirirlər.
Operativ Media xəbər verir ki, fevralın 16-da start verilən məşqlər fevralın 28-dək davam edəcək.
Təlim-məşq prosesi milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında həyata keçirilir.
Toplanışın əsas məqsədi idmançıların qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir. Birgə sparrinqlər isə döyüş təcrübəsinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.