Qurban Qurbanov: Səfərdə daha diqqətli, məsuliyyətli olmalıyıq
Səfərdə daha diqqətli, məsuliyyətli olmalıyıq.
Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə mətbuat konfransında deyib.
O, ilk oyundakı məğlubiyyət haqda danışıb.
"Cavab qarşılaşması haqqında danışmaq çətindir. Təhlil apardıq. Səfərdə daha diqqətli, məsuliyyətli olmalıyıq. Hazırda oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Bəlkə də "Nyukasl" ən yaxşı oyunlarından birini bizə qarşı keçirdi. Düşündükləri hər şey alındı. İkinci qoldan sonra sanki nokauta düşdük. İkinci hissədə daha sərbəst oldular. Rəqiblərin səviyyəsi daha da artır. 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir".
Təcrübəli mütəxəssis son hazırlığın Bakıda olmasının səbəbini də açıqlayıb.
"Oyundan sonra bərpa üçün vaxt lazım idi. Ona görə də Bakıda hazırlıq keçdik. Çünki 11-12 saat yolda olmaq yorucu olardı. Bir neçə dəfə belə proqramımız olub".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.