Menyu

Azərbaycan millisi Tacikistana uduzub

Operativ Media
Azərbaycan millisi Tacikistana uduzub

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində sonuncu oyununu keçirib.

Operativ Media xəbər verir ki, yığmamız 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında baş tutan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 2-ci dəqiqədə Bixişti Radjabzod vurub. Millimizin üzvü Amin Rzayev 35-ci dəqiqədə təyin olunan penaltidən fərqlənə bilməyib.

Əlaqəli Xəbərlər