Kayzerslautern”in hücumçusu Mahir Emreli Almaniya mətbuatına açıqlama verib.
Operativ Media xəbər verir ki, uzun müddət sonra II Bundesliqada “Proyssen”lə matçda (3:2) meydana çıxan forvard bunları deyib:
“Çətin dövr idi. Əvvəlcə, son bir neçə ayda bərpa keçdiyim müddətdə mənə kömək olan, dəstək göstərən hər kəsə təşəkkür edirəm. Özümü 85-90 faiz hazır hiss edirəm və motivasiyalıyam. Bu mövsüm çox oynamaq, çox qol vurmaq istəyirəm”.