Ana səhifə / İdman / Azərbaycan II Liqasında 15-ci tura start verilib Azərbaycan II Liqasında 15-ci tura start verilib 23.02.2026, 17:14 Operativ Media Azərbaycan 2-ci Liqasında bu gün 2026-cı ilin ilk matçları keçirilib.Operativ Media xəbər verir ki, 15-ci turun ilk oyun gününə 4 görüş baş tutub.Bütün oyunlarda qonaqların qələbəsi qeydə alınıb. "Şirvan" "Araz-Saatlı"nı (2:1), "Dinamo" "Kür-Araz"ı (4:2), "Quba" "Göygöl"ü (2:0), "Ağstafa Gəncləri" isə "Ağdaş"ı (1:0) üstələyib.Qeyd edək ki, turun son 2 matçı sabah keçiriləcək.