Menyu

Azərbaycan Özbəkistanda keçiriləcək "Böyük Dəbilqə" turnirində 19 cüdoçu ilə təmsil olunacaq

Operativ Media
Azərbaycan Özbəkistanda keçiriləcək "Böyük Dəbilqə" turnirində 19 cüdoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 27 fevral – 1 mart tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Böyük Dəbilqə turniri keçiriləcək. 

Operativ Media xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.

Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Kişilər 

-60 kq

Əhməd Yusifov

Balabəy Ağayev

-66 kq

Nizami İmranov

Turan Bayramov

-73 kq

Kamran Süleymanov

Hidayət Heydərov

-81 kq

Ömər Rəcəbli

-90 kq

Murad Fətiyev

-100 kq

Zelim Kotsoyev

Əjdər Bağırov

+100 kq

Camal Qamzatxanov

Kənan Nəsibov

Qadınlar

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Aydan Vəliyeva

Leyla Əliyeva

-63 kq

Fidan Əlizadə

-70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Əlaqəli Xəbərlər