UEFA Prestianni işi ilə bağlı araşdırmaya başladığını açıqlayıb
Operativ Media
UEFA "Benfika"nın futbolçusu Prestianni ilə bağlı yayılan iddialara dair rəsmi bəyanat yayıb.
Operativ Media-nın məlumatına görə qurumun açıqlamasında bildirilir ki, ayrı-seçkilik xarakterli davranışla bağlı iddialar araşdırılır: “Ayrı-seçkilik xarakterli davranış iddialarını araşdırırıq”.
Qeyd olunub ki, ittihamlar təsdiqlənərsə, Prestianni UEFA tərəfindən 10 oyunadək diskvalifikasiya oluna bilər. Məsələ ilə bağlı yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Benfika" - "Real Madrid" matçında Prestianni ilə Vinisius Junior arasında mübahisə düşmüşdü. Braziliyalı hücumçu rəqib futbolçunun ona meymun dediyini iddia edib.