Menyu

"Barselona" Yamalı 250 milyon avroya satmaqdan imtina edib

Operativ Media
"Barselona" Yamalı 250 milyon avroya satmaqdan imtina edib

"Barselona"nın prezidenti Xuan Laporta klub akademiyasının yetirməsi Lamin Yamalın baş tutmayan transferinin təfərrüatlarını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, PSJ iki il əvvəl Kataloniya təmsilçisinə cinah yarımmüdafiəçisi üçün 250 milyon avro təklif etsə də, klub bu təklifi rədd edib.

Fabrizio Romano Laportanın söylədiyi fikirləri sitat gətirib: "Biz imtina etdik. Onun 17 yaşı var idi – bəziləri bizi dəli hesab edirdi!".

Yamal 2023-cü ilin aprelində, 15 yaş 290 günlüyündə "Barselona"nın əsas komandasında debüt edib və İspaniya çempionatında "katalonlar"ın tarixində meydana çıxan ən gənc futbolçu olub.

2025/26 mövsümündə 18 yaşlı oyunçu bütün turnirlərdə 33 matçda iştirak edib, 15 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər