Menyu

"Qəbələ" - "Turan Tovuz" oyununun hakimləri müəyyənləşib

Operativ Media
"Qəbələ" - "Turan Tovuz" oyununun hakimləri müəyyənləşib

Misli Premyer Liqasının XIV turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" oyununun təyinatları açıqlanıb.

Operativ Media liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutacaq matçın baş hakimi Cavid Cəlilov olacaq.

Ona Kamran Bayramov və Müslüm Əliyev köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.

VAR-da FIFA referisi Əliyar Ağayev, AVAR-da Zeynal Zeynalov əyləşəcək.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da start götürəcək.

Əlaqəli Xəbərlər