Menyu

"Yuventus" "Qalatasaray"la oyuna ciddi itki ilə çıxacaq

Operativ Media
"Yuventus" "Qalatasaray"la oyuna ciddi itki ilə çıxacaq

UEFA Çempionlar Liqasının pley-off turunun cavab oyununda Türkiyənin “Qalatasaray” klubu İtaliyada "Yuventus"un qonağı olacaq.İlk görüşdə 5:2 hesablı qələbə qazanan İstanbul təmsilçisi üstünlüklə səfərə yollanır və mərhələ adlamağa yaxındır.

Operativ Media “Fantacalcio” nəşrinə istinadən xəbər verir ki, ilk oyunda zədələnən braziliyalı müdafiəçi Bremerin bərpa prosesi gözlənilən nəticəni verməyib. Bu səbəbdən futbolçu “Qalatasaray”la keçiriləcək cavab qarşılaşmasının iştirak ərizəsinə daxil edilməyəcək.

Beləliklə, həlledici oyun öncəsi “Yuventus” həm psixoloji təzyiq, həm də heyət baxımından ciddi itkilərlə üz-üzədir.

Komandanın ardıcıl uğursuz nəticələri fonunda baş məşqçi Lusiano Spallettinin gələcəyi sual altına düşüb. İtaliya mətbuatında yayılan məlumatlara görə, “Yuventus” Çempionlar Liqasından kənarda qalacağı təqdirdə, klub rəhbərliyi təcrübəli mütəxəssislə yolları ayıra bilər.

Əlaqəli Xəbərlər