Azərbaycan güləşçiləri Albaniyada reytinq turnirində mübarizə aparacaq
Sabah Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turnirinə start veriləcək.
Operativ Media xəbər verir ki, ilin ikinci reytinq yarışında ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz təmsil edəcək.
“Olimpik Park”da təşkil ediləcək turnirə sərbəst güləşçilər start verəcək.
57 kq İslam Bazarqanov
65 kq Rəşid Babazadə
74 kq Turan Bayramov, Kənan Heybətov
79 kq Cəbrayıl Hacıyev
86 kq Arseniy Djioyev
97 kq Maqomedxan Maqomedov
125 kq Giorgi Meşvildişvili
Baş məşqçi Xetaq Qazyumov
Böyük məşqçi Cəbrayıl Həsənov
Məşqçi Şərif Şərifov
Yarışın son günlərində isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
55 kq Rəşad Məmmədov, Hikmət Haqverdiyev
60 kq Nihat Məmmədli, Nihad Quluzadə
63 kq Sakit Quliyev, Ziya Babaşov, Murad Məmmədov
67 kq Məhəmməd Şükürzadə
72 kq Ruslan Nurullayev
77 kq Davud Məmmədov
82 kq Tuncay Vəzirzadə
87 kq İslam Abbasov, Laçın Vəliyev
97 kq Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev, Arif Niftullayev
130 kq Beka Kandelaki, Sərxan Məmmədov
Baş məşqçi Məhəmməd Bəna
Məşqçi Rövşən Bayramov
Məşqçi Rəsul Cəzini
Məşqçi Sabah Şəriəti
Görüşlər hər gün Bakı vaxtı ilə 13:30-da start götürəcək. Medallar uğrunda qarşılaşmalar isə 21:00-da başlayacaq.
Reytinq turnirində I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyacaq.