Çempionlar Liqasında şok statistika: "Qarabağ"dan tarixi antirekord
Operativ Media
UEFA Çempionlar Liqasının pley-offunda "Nyukasl"a ümumi hesabla 3-9 (1-6, 2-3) məğlub olaraq mübarizəni dayandıran "Qarabağ" Avropanın aparıcı klub turnirində bir mövsümdə buraxılan qolların sayına görə bütün zamanların rekordunu qırıb.
Operativ Media xəbər verir ki, bu barədə UEFA "Opta Sport" statistik idman portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 8 oyununda və iki pley-off matçında ümumilikdə qapısında 30 qol görüb ki, bu, Çempionlar Liqasının tarixində antirekorddur. Buna qədər heç bir komanda qapısında bu qədər qol görməmişdi.
Qeyd edək ki, "Nyukasl"ın 1/8 finalda "Çelsi" - "Barselona" cütünün qalibi ilə üz-üzə gələcək.