Pol Poqba yaşıl meydanlara nə vaxt qayıdır? - Baş məşqçi açıqladı
Operativ Media
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba yaşıl meydanlara qayıtmağa yaxındır.
Operativ Media xəbər verir ki, bunu "Monako"nun baş məşqçisi Sebastian Pokonyoli jurnalistlərə açıqlamasında deyib.
"Poqba? Onun qayıdışı getdikcə daha aydın olur. Ümid edirik ki, o, milli fasilədən sorna qayıdacaq və komanda ilə məşq edə biləcək. O, komandaya diqqət yetirib. Onun planı dəqiq müəyyən edilib", - deyə o, qeyd edib.
Bu mövsüm 32 yaşlı fransız Fransa çempionatının 3 oyununda iştirak edib, 30 dəqiqə oynayıb.