Menyu

"Qarabağ"ın qapıçısı: “Nyukasl”a qarşı oyunlar bizim üçün böyük dərs oldu"

Operativ Media
"Qarabağ"ın qapıçısı: “Nyukasl”a qarşı oyunlar bizim üçün böyük dərs oldu"

“Nyukasl”a qarşı hər iki matç bizim üçün olduqca çətin oldu. Təbii ki, məğlubiyyət məni sevindirmir. Qapımızda çoxlu qol gördük, amma bu, bizim üçün yaxşı bir dərsdir. Belə rəqiblərlə üz-üzə gəlmək hər bir futbolçu üçün böyük təcrübə deməkdir”.

Operativ Media xəbər verir ki, bu sözləri Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qolkiper gələcəkdə daha yaxşı çıxış edəcəklərinə inandığını vurğulayıb:

“Ümid edirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərəcəyik. Belə əhəmiyyətli matçlardan sonra gərgin və əsəbi olmaq təbiidir, lakin əsas məsələ odur ki, biz bu sınaqdan düzgün nəticə çıxararaq irəliləyək”.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna hər iki oyunda uduzaraq (evdə 1:6, səfərdə 2:3) bu mövsüm üçün mübarizəni başa vurub.

Əlaqəli Xəbərlər