Menyu

Azərbaycan Üzgüçülük Federasiyası ilə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi memorandum imzaladı

Operativ Media
Azərbaycan Üzgüçülük Federasiyası ilə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi memorandum imzaladı

Azərbaycan Üzgüçülük Federasiyası ilə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Operativ Media xəbər  verir, memoranduma əsasən, hər iki qurum ölkədə əqli imkanları məhdud olan şəxslərin üzgüçülük idman növünə cəlb edilməsi, idmançılar üçün əlçatan və sağlam mühitin yaradılması, bu sahədə davamlı inkişafın təmin olunması, müvafiq təkliflərin hazırlanması, görüşlərin təşkili, birgə layihələrin icrası, maarifləndirici tədbirlərin həyata keçirilməsi və ölkəmizdə inklüziv idman mühitinin genişləndirilməsi istiqamətində əməkdaşlıq edəcək.

Görüşdə Federasiyanın baş katibi Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, idman şöbəsinin meneceri Mehdi Məmmədov, Komitədən isə prezident Mövlud Mirəliyev, milli direktor Rövşən Məmmədov və müşavir Murad Həşimov iştirak ediblər. 

Memorandum Oqtay Atayev və Mövlud Mirəliyev tərəfindən imzalanıb.

Fotogalereya

Əlaqəli Xəbərlər