Menyu

Azərbaycanın U-19 millisi Moldovaya qalib gəldi

Operativ Media
Azərbaycanın U-19 millisi Moldovaya qalib gəldi

Moldovada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

Operativ Media xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Vadul lui Voda şəhərində yerləşən yerli futbol federasiyasının Texniki Mərkəzində baş tutan görüş komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Millimizin heyətində qolları 61-ci dəqiqədə Nicat Nərimanov və 82-ci dəqiqədə İbrahim Babayev vurublar.

Əlaqəli Xəbərlər