Menyu

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Operativ Media
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

Ölkələrin yeni reytinq cədvəli açıqlanıb.

Operativ Media xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra yerdəyişmə baş verməyib.

“Qarabağ” bu raundda “Nyukasl”a səfərdə 2:3 hesabı ilə məğlub olduğundan, Azərbaycanın aktivinə xal yazılmayıb. Ölkəmiz 22.937 əmsalla 27-ci pillədə qərarlaşır.

Reytinqdə Azərbaycandan geridə olan ölkələrdən Bolqarıstan, Ermənistan, Finlandiya, Kosovo, Bosniya və Herseqovina və Şimali Makedoniyanın bir klubu avrokuboklarda mübarizəni davam etdirir.

Reytinq cədvəlinə 112.741 əmsalla İngiltərə başçılıq edir.

Əlaqəli Xəbərlər