Menyu

"Böyük Dəbilqə": Azərbaycanın 7 cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
"Böyük Dəbilqə": Azərbaycanın 7 cüdoçusu mübarizəyə qoşulur

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" turnirinə start verilir.

Operativ Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 7 üzvü dörd çəki dərəcəsində tatami üzərinə çıxacaq.

Kişilər arasında keçirilən mübarizədə -60 kq çəki dərəcəsində Əhməd Yusifov özbəkistanlı Samariddin Kuçkarovla, Balabəy Ağayev isə digər ev sahibi Baxrom Boturovla 1/16 final mərhələsində qarşılaşacaqlar. -66 kq çəki dərəcəsində isə Nizami İmranov çinli Minhao Canq, Turan Bayramov isə İsrail təmsilçisi Matan Kokolayevlə gücünü sınayacaq.

Qadın cüdoçularımızın da ilk rəqibləri müəyyənləşib. -48 kq çəki dərəcəsində Könül Əliyeva Sevinç Murodova (Özbəkistan), Şəfəq Həmidova isə Venna Cuanq (Çin) ilə üz-üzə gələcək. -52 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyevanın rəqibi isə rusiyalı Liliya Nuqayeva olacaq.

Turnirin təsnifat mərhələsi saat 09:30-dan etibarən “JudoTV” vasitəsilə, həlledici final bloku isə saat 16:00-da “CBC Sport”un “YouTube” kanalında canlı yayımlanacaq.

Əlaqəli Xəbərlər