Ana səhifə / İdman / Azərbaycanın 4 boksçusu beynəlxalq turnirdə 1/4 final görüşlərinə çıxacaq Azərbaycanın 4 boksçusu beynəlxalq turnirdə 1/4 final görüşlərinə çıxacaq 27.02.2026, 12:33 Operativ Media Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən ənənəvi “Strandja” beynəlxalq turniri davam edir.Operativ Media xəbər verir ki, yarışın növbəti günündə Azərbaycan milli komandasının 4 üzvü 1/4 final mərhələsi çərçivəsində rinqə çıxacaq.Bakı vaxtı ilə saat 16:00-da başlayacaq gündüz sessiyasında boksçularımızın rəqibləri aşağıdakı kimidir:50 kq: Bilalhəbaşi Nəzərov – Rudolf Qarboyan (Ermənistan) / B rinqi, 1-ci döyüş55 kq: Zidan Hümbətov – Maksim Zimenko (Ukrayna) / A rinqi, 3-cü döyüş60 kq: Məhəmmədəli Aşırəliyev – Ayder Abduraimov (Ukrayna) / A rinqi, 5-ci döyüş65 kq: Malik Həsənov – Yertuqan Zeynulinov (Qazaxıstan) / B rinqi, 8-ci döyüşQeyd edək ki, qalib gələn idmançılarımız yarımfinala yüksələrək ən azı bürünc medalı təmin etmiş olacaqlar.
27.02.2026, 14:28 AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib
27.02.2026, 14:26 BVF-nin “Tərəfdaşlar Şəbəkəsi” görüşündə dövlət müəssisələrinin makro-fiskal rolu müzakirə olunub