Menyu

"Neftçi" basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Operativ Media
"Neftçi" basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb
1 dəq oxu

"Neftçi" basketbol komandası baş məşqçi Valeri Stepanovski və köməkçi məşqçi Oleq Qonçarovla yollarını ayırıb.

Klubdan Operativ Media-ya verilən məlumata görə, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, “Neftçi”də baş məşqçi funksiyasını hələlik köməkçi məşqçi, gürcüstanlı mütəxəssis Daviti Çivçivadze yerinə yetirəcək.

Əlaqəli Xəbərlər