Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" (Grand Slam) turnirinin ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
Operativ Media xəbər verir ki, turnirin ən yüngül çəki dərəcəsində (-60 kq) tatami üzərinə çıxan hər iki təmsilçimiz bütün rəqiblərini məğlub edərək finalda qarşı-qarşıya gəliblər.
Yarışın final görüşü iki həmyerlimiz — Əhməd Yusifov və Balabəy Ağayev arasında baş tutub. Gərgin keçən mübarizənin yekununda Əhməd Yusifov rəqibinə qalib gələrək Daşkənd "Böyük Dəbilqə"sinin qızıl medalına sahib çıxıb.
Balabəy Ağayev isə turniri gümüş medalla başa vurub.