Menyu

"Kəpəz"in baş məşqçisi: Rəhbərlik komandaya yaxşı motivasiya verir

Operativ Media
"Kəpəz"in baş məşqçisi: Rəhbərlik komandaya yaxşı motivasiya verir

"Kəpəz" Misli Premyer Liqasının 22-ci turunda inamlı qələbə qazanıb. Gəncə təmsilçisi Yevlax şəhər stadionunda keçirilən görüşdə Sumqayıt FK üzərində 3:0 hesablı qələbəyə sevinib.

Operativ Media xəbər verir ki, qarşılaşmadan sonra “Kəpəz”in baş məşqçisi Azər Bağırov mətbuat konfransında oyunu dəyərləndirib.

Mütəxəssis ilk olaraq azarkeşlərə təşəkkür edib: "Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq".

Baş məşqçi futbolçuların yüksək motivasiyasına da toxunub. Onun sözlərinə görə, əvvəlki turda “Sabah”la oyunda son dəqiqələrdə itirilən xal komandaya əlavə stimul verib: "Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan motivasiya qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar".

Kubokdakı hədəflərlə bağlı suala cavab verən Bağırov komandanın hər iki cəbhədə iddialı olduğunu vurğulayıb: "Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. "Turan Tovuz"la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik".

Əlaqəli Xəbərlər