Menyu

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur

Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan millisinin 4 idmançısı tatamiyə çıxacaq.

Operativ Media xəbər verir ki, kişilərin mübarizəsində -73 kq çəki dərəcəsində Kamran Süleymanov 1/32 finalda yaponiyalı Şusuke Uçimura ilə, -81 kq çəki dərəcəsində isə Ömər Rəcəbli 1/16 finalda rumıniyalı Adrian Sulka ilə qarşılaşacaq.

Qadınlar arasında -63 kq çəkidə Fidan Əlizadə 1/16 finalda özbəkistanlı Sevinç İsokova, -70 kq çəkidə isə Südabə Ağayeva eyni mərhələdə rusiyalı Kamila Badurova ilə qüvvəsini sınayacaq.

Turnirin təsnifat mərhələsi saat 09:30-dan etibarən "JudoTV" portalında, həlledici final bloku isə saat 16:00-dan başlayaraq "CBC Sport"un "YouTube" kanalında canlı yayımlanacaq.

Əlaqəli Xəbərlər