"Qarabağ" - "Sabah" matçına böyük maraq - 9500 bilet satılıb
Operativ Media
Azərbaycan Premyer Liqasının həyəcanla gözlənilən qarşılaşmalarından olan “Qarabağ” – “Sabah” oyunu üçün bilet satışı davam edir.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 9500 bilet satılıb.
Martın 1-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq bu maraqlı rəqabəti canlı izləmək istəyən azarkeşlər üçün biletlər 5, 10 və 20 AZN qiymətləri ilə satışa çıxarılıb.
Hazırda biletləri iTicket.az saytı və mobil tətbiqi vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür. Oyun günü isə azarkeşlər biletləri həm iTicket.az platformasından, həm də birbaşa stadionun kassalarından ala bilərlər.