Menyu

Azərbaycan boksçusu "Strandja" turnirində finala yüksəldi

Operativ Media
Azərbaycan boksçusu "Strandja" turnirində finala yüksəldi

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

Operativ Media xəbər verir ki, 50 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək həlledici döyüşdə Daniyal Sabitlə (Qazaxıstan) üz-üzə gələcək.

Digər boksçumuz Malik Həsənov (65 kq) isə “Strandja”nı bürünc medalla başa vurub.

Əlaqəli Xəbərlər