Menyu

"Arsenal"ın standart vəziyyət gücü: Premyer Liqa tarixində yeni rekord

Operativ Media
"Arsenal"ın standart vəziyyət gücü: Premyer Liqa tarixində yeni rekord

İngiltərə Premyer Liqasının 28-ci turunda "Arsenal" öz meydanında "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib. "Topçular" hər iki qolu künc zərbəsindən sonra rəqib qapısından keçiriblər.

Operativ Media "Opta"ya istinadən xəbər verir ki, London təmsilçisi 2025/26 mövsümündə artıq doqquzuncu dəfədir ki, Premyer Liqa matçında künc zərbəsindən sonra qələbə qoluna imza atır. Bu, turnir tarixində bir mövsüm ərzində bir komanda tərəfindən qeydə alınan mütləq rekorddur. Əvvəlki rekord 2012/13 mövsümündə səkkiz qol ilə "Mançester Yunayted"ə məxsus idi.

Bundan əlavə, "Arsenal" bir mövsümdə künc zərbələrindən vurulan ümumi qolların sayına görə də Premyer Liqa rekordunu (16 qol) təkrarlayıb. Daha əvvəl bu göstəriciyə 1992/93 mövsümündə "Oldhem", 2016/17 mövsümündə "Vest Bromviç Albion" və 2023/24 mövsümündə "Arsenal"ın özü nail olmuşdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər